Loading...

Tibb bacısı xidmətinin inkişafı məqsədilə Türkiyə təcrübəsi öyrənilir

13.09.2024, 17:54

İcbari tibbi sığortanın tətbiq edildiyi TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinin baş tibb bacıları üçün Ankara Universitetində “Tibb bacısı xidmətinin inkişafı” mövzusunda keçirilən təlim proqramı başa çatıb.

Təlim proqramının bağlanış mərasimində Türkiyə tərəfindən Ankara Universitetinin rektoru Necdet Ünüvar, Tibb bacıları fakültəsinin dekanı Ayfer Tezel, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Təhsil proyektləri üzrə koordinatoru Mustafa Haşim Polat, Azərbaycan tərəfindən isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov iştirak ediblər. Qeyd edək ki, Zaur Əliyev və Vüqar Qurbanov tədbirə onlayn şəkildə qoşulublar.

Ankara Universitetinin rektoru qeyd edib ki, tibb bacıları üçün hazırladığımız 80 saatlıq təlim proqramı vasitəsilə Azərbaycanın səhiyyə mütəxəssislərinə Türkiyə təcrübəsini təqdim etməyə çalışdıq. O, iştirakçıların əldə etdikləri bilik və bacarıqları öz ölkələrindəki həmkarlarına ötürəcəyinə və bu istiqamətdə əməkdaşlığın davamlı olacağına əminliyini vurğulayıb.

Zaur Əliyev çıxışında bildirib ki, Agentlik tərəfindən tibbi xidmətlərin hər bir vətəndaş üçün əlçatan olmasını təmin etmək məqsədilə xidmətin keyfiyyətini və səmərəliliyini artırmaq istiqamətində mütəmadi tədbirlər görülür: “Tədbirlər əhalinin sağlamlığını qorumaq, sığorta hesabına tibbi xidmətlərin daha geniş əhali kütləsi tərəfindən istifadəsini təmin etmək və vətəndaş məmnunluğuna nail olmaq üçün həyata keçirilir. Ankara Universiteti ilə həyata keçirdiyimiz təlim proqramları da bu məqsədləri dəstəkləyərək icbari tibbi sığortanın effektiv tətbiqi və inkişafına yönəlib”.

Vüqar Qurbanov tibb sahəsində peşəkar kadrların yetişdirilməsi, onların bilik və bacarıqlarının artırılması, praktiki vərdişlərə yiyələnməsinin önəmini vurğulayıb. O bildirib ki,  sözügedən təlim proqramı çərçivəsində 15 nəfər əməkdaşımız Ankara Universitetinin Tibb bacıları fakültəsinin professorları və təcrübəli mütəxəssisləri tərəfindən teoritik dərslərə cəlb edilib və müvafiq xəstəxanalarda praktiki təlimlərdə iştirak edib:

“12 günlük təlim müddətində tibb bacılarına Ankara Universitetinin peşəkar heyəti tərəfindən xəstələrlə ünsiyyət bacarıqları, ilkin tibbi yardım, terapevtik, reanimasion, pediatrik, cərahiyyə hematoloji, onkoloji bölmələrdə tibb bacısı işinin təşkili qaydaları, tibbi sənədlərin doldurulması, infeksion nəzarət kontrolu mexanizmləri və digər mövzular ətrafında zəruri qaydalar öyrədilib”.

Qeyd edək ki, 2022-ci ildən etibarən Ankara Universitetində keçirilən təlimlərdə Agentlik və TƏBİB-in səlahiyyətli şəxsləri, dövlət tibb müəssisələrinin rəhbər heyəti və baş tibb bacıları olmaqla ümumilikdə 125 nəfər iştirak edib.

Təlim iştirakçılarının Ankaradakı Cebeci və İbn Sina Araşdırma Xəstəxanalarına tanışlıq səfəri təşkil olunub. Səfər müddətində onlar tibb müəssisələrinin təcili yardım, reanimasiya, sterilizasiya, ginekologiya, kardiologiya, inzibati idarəetmə və digər bölmələrin fəaliyyəti ilə əyani tanış olublar.

Qeyd edək ki, təlim Agentlik ilə Ankara Universiteti arasında imzalanmış “Təhsil xidmətlərinin göstərilməsi və elmi əməkdaşlığa dair Protokol” çərçivəsində Ankara Universiteti və TİKA-nın dəstəyi ilə təşkil olunub. Təlim xəstəxanaların inzibati heyətinin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə keçirilib. 

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Son xəbərlər

Ötən il ərzində icbari tibbi sığorta ilə 84 milyondan çox tibbi xidmət göstərilib
22.01.2025
Ətraflı oxu
Tənəffüs sistemi xəstəliklərinin diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır
13.01.2025
Ətraflı oxu
Media nümayəndələri üçün “Tibbi savadlılıq” mövzusunda təlim keçirilib
28.12.2024
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 2000-ə yaxın burun çəpəri əməliyyatı icra olunub
23.12.2024
Ətraflı oxu
Zaur Əliyev Masallı rayonunda vətəndaşları qəbul edib
20.12.2024
Ətraflı oxu
Agentliyin “1542” Çağrı mərkəzində yeni xidmət istifadəyə verilib
19.12.2024
Ətraflı oxu
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı keçirib
17.12.2024
Ətraflı oxu
Bir çox travmatoloji xidmətin icbari tibbi sığortaya əlavə edilməsi planlaşdırılır
11.12.2024
Ətraflı oxu
İcbari tibbi sığorta hesabına 690 mindən çox fizioterapiya xidməti göstərilib
06.12.2024
Ətraflı oxu
Çəpgözlük əməliyyatı icbari tibbi sığorta hesabına qarşılanır
02.12.2024
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri