Loading...

Sidik-ifrazat sisteminin katerizasiyası icbari tibbi sığorta təminatına daxildir

30.09.2024, 11:15

Müxtəlif patoloji hallara görə pasiyent sərbəst sidiyə çıxa bilmirsə sidiyi xaric etmək məqsədi ilə sidik-ifrazat sisteminin katerizasiyası aparılır. Bu məqsədlə böyrək, sidik axarı və ya sidik kisəsinə kateter (drenaj borusu) yerləşdirilir. Bundan başqa müalicəvi manipulyasiyalar, diaqnostik proseduralar, əməliyyatdan sonra və ya xəstəlik zamanı sidiyin sərbəst ifrazı məqsədi ilə xəstəyə kateter yerləşdirilə bilər.

USM və rentgenoskopiya nəzarətində qarının yan divarından açılan kiçik kəsik və ya punksiya ilə parenximadan keçməklə böyrəyə kateterin qoyulması əməliyyatı perkutan nefrostomiya adlanır. Əməliyyat icbari tibbi sığorta hesabına qarşılanır.

Sidik ifrazının uzunmüddətli pozulması böyrək toxumalarının geriyədönməz zədələnməsinə və orqanın funksiyasının itirilməsinə gətirib çıxarır. Sidik axarı və böyrəyin zədələnməsi, həmçinin sidik kisəsi, uşaqlıq yolu və prostat vəzi şişlərinin inkişafı nəticəsində sidik ifrazının pozulması nefrostomiya üçün göstəriş hesab oluna bilər. Sidik ifrazının pozulması böyrək ləyəni və kasacıqlarının patoloji genişlənməsinə, böyrəklərin iltihabı  və funksiyasının pozulmasına, sidik yolunda olan infeksiyanın qana keçməsi nəticəsində infeksion - iltihabı prosesə səbəb ola bilər. Nefrostoma sidiyin böyrəkdən xaric edilməsini təmin etməklə ağırlaşmaların qarşısını alır və xəstənin həyat keyfiyyətinin yaxşılaşmasına xidmət edir.

Nefrostoma əksər hallarda böyrək daşlarının çıxarılmasından sonra yerləşdirilir. Bəzi hallarda nefrostomiya sidik-ifrazat sistemində icra ediləcək əsas əməliyyatlardan əvvəl hazırlıq mərhələ kimi həyata keçirilir.

Nefrostomiyadan  başqa müayinə və müalicə məqsədi ilə sidik kanalından keçərək müvəqqəti olaraq sidik axarına stentin yerləşdirilməsi, perkutan sistostomiya (sidiyi xaric etmək məqsədi ilə qarın divarından sidik kisəsinə kateterin yeridilməsi), sidik kisəsinin kateterizasiyası (sidik kanalı vasitəsilə sidik kisəsinə kateterin yeridilməsi) da icbari tibbi sığorta ilə qarşılanır.

Qeyd edək ki, bu tibbi xidmətlər zamanı anesteziya, istifadə olunan xüsusi tibbi sərfiyyat (drenaj borusu, kateter, stent) icbari tibbi sığorta təminatına daxildir.

Qeyd olunan tibbi xidmətlər tibbi göstərişə əsasən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutlarında həkim göstərişi əsasında icra olunur.

Son xəbərlər

“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri