Loading...

Zaur Əliyev Beyləqan şəhərində vətəndaşları qəbul edib

29.11.2024, 15:45

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev noyabrn 29-da Beyləqan Rayon Mərkəzi Xəstəxanasında Beyləqan, Füzuli və Xocavənd rayon sakinlərini qəbul edib.

Görüşdən əvvəl Zaur Əliyev ümummilli lider Heydər Əliyevin Beyləqan rayonundakı abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanovun, Ağcabədi filialının rəhbərinin, Beyləqan, Füzuli və Xocavənd  rayon mərkəzi xəstəxanalarının direktorlarının iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən  icbari tibbi sığorta hesabına müayinə-müalicə, tibbi göndərişlərin verilməsi, dərman təminatı, əlillik məsələləri, iş və əmək münasibətləri ilə bağlı olub. Müraciətlərdə qaldırılmış bir sıra məsələlər yerində həll edilib, digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin noyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq keçirilib. Vətəndaşların səyyar şəkildə qəbul edilməsi bölgələrdə müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.


Son xəbərlər

Kistoz-fibroz xəstəliyinin diaqnostikası icbari tibbi sığorta hesabına aparılır
12.03.2025
Ətraflı oxu
Gözyaşı axarının bərpası məqsədi ilə 234 oftalmoloji əməliyyat icra olunub
10.03.2025
Ətraflı oxu
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Açıq qapı" günü keçirib
06.03.2025
Ətraflı oxu
İcbari tibbi sığorta sahəsində Anlaşma Memorandumu imzalanıb
03.03.2025
Ətraflı oxu
Anadangəlmə baş-beyin qüsurlarının açıq üsulla əməliyyatı icbari tibbi sığorta ilə icra olunur
03.03.2025
Ətraflı oxu
Bağırsaq xərçəngi riskini artıran kron xəstəliyinin müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
28.02.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə icra olunan əməliyyatlardan sonra 126 nəfər ilk dəfə səs eşidib
25.02.2025
Ətraflı oxu
Zaur Əliyev Qusarda vətəndaşları qəbul edib
21.02.2025
Ətraflı oxu
Ana və uşaq üçün həyati təhlükə yaradan hamiləlik ağırlaşması icbari tibbi sığorta təminatındadır
18.02.2025
Ətraflı oxu
Qadın sonsuzluğunun diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına aparılır
13.02.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri