Loading...

Bir çox travmatoloji xidmətin icbari tibbi sığortaya əlavə edilməsi planlaşdırılır

11.12.2024, 14:47

İcbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin yenilənməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən növbəti ictimai müzakirə təşkil edilib. Müzakirələrdə Səhiyyə Nazirliyinin və TƏBİB-in səlahiyyətli ortoped-travmatoloqları iştirak ediblər.

Xidmətlər Zərfinin yenilənməsi ilə bağlı təşkil edilən ictimai müzakirənin açılışında Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova giriş sözü ilə çıxış edib: “Cari ildən etibarən Xidmətlər Zərfinin yenilənməsi ictimai müzakirələr şəklində həyata keçirilir. Bu prosesdə müxtəlif sahələr üzrə həkimlərin dəstəyinə ehtiyac duyulur. Bugünkü müzakirələrin məqsədi yenilənəcək Xidmətlər Zərfində travmatoloji xidmətlərlə bağlı ixtisas həkimlərinin fikirlərini və təkliflərini öyrənməkdir”.

Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva bildirib ki, Xidmətlər Zərfinin daha effektiv və əhatəli şəkildə yenilənməsini təmin etmək üçün ixtisas həkimlərini prosesə cəlb etmək vacib əhəmiyyət daşıyır. Xidmətlər Zərfi ilə çalışan həkimlərin işinin səmərəli təşkili üçün  bəzi xidmətlərin adlarının daha aydın və dəqiq şəkildə yazılması, o cümlədən yeni xidmətlərin əlavə edilməsi planlaşdırılır.

Tibbi xidmətlərin tənzimlənməsi və texniki qaydaları şöbəsinin müdiri Səlim Hüseynzadə təklif olunan dəyişikliklərlə bağlı təqdimatla çıxış edib: Xəstəliklərin Beynəlxalq Təsnifatının 9-cu təsnifatına (XBT-9) əsasən travmatologiya sahəsində bir sıra tibbi xidmətin sığorta hesabına qarşılanması təklif olunur. Xüsusilə, bud-çanaq və diz oynaqlarının revizion protezləri, vətər və əzələ prosedurlarının Xidmətlər Zərfinə əlavə olunması nəzərdə tutulan əsas tibbi xidmətlərdir. Bundan əlavə, bəzi travmatoloji tibbi xidmətlərin göstərilməsi zamanı istifadə olunan xüsusi tibbi sərfiyyatın yenilənən Xidmətlər Zərfində nizamlanacağını da qeyd edib.

Həkimlər təklif edilən dəyişiklikləri müsbət qiymətləndiriblər. Xidmətlərin tarifikasiyasına gəlincə bu barədə təkliflərini yazılı formada təqdim edəcəklərini bildiriblər. 

 

Son xəbərlər

Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Parkinson xəstəliyinin müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
11.04.2025
Ətraflı oxu
Özəl tibb müəssisəsini seçmək hüququ yalnız pasiyentə məxsusdur
07.04.2025
Ətraflı oxu
Son dörd ildə icbari tibbi sığorta ilə əhaliyə 235 milyondan artıq tibbi xidmət göstərilib
01.04.2025
Ətraflı oxu
Qripin fəsadlarından qorunun – müayinə və müalicə xərcləri icbari tibbi sığorta ilə qarşılanır
19.03.2025
Ətraflı oxu
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edib
17.03.2025
Ətraflı oxu
Kistoz-fibroz xəstəliyinin diaqnostikası icbari tibbi sığorta hesabına aparılır
12.03.2025
Ətraflı oxu
Gözyaşı axarının bərpası məqsədi ilə 234 oftalmoloji əməliyyat icra olunub
10.03.2025
Ətraflı oxu
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Açıq qapı" günü keçirib
06.03.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri