Loading...

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı keçirib

17.12.2024, 17:21

Dekabrın 17-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev 2024-cü ilin yekunları mövzusunda mətbuat konfransı keçirib.

Açılış nitqində Zaur Əliyev cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsinə ayırdığı diqqət və qayğısını xüsusilə vurğulayıb: “Ölkə rəhbərliyinin davamlı dəstəyi sayəsində ölkəmizdə tibbi xidmətlərin keyfiyyəti və əhalinin sağlamlıq göstəriciləri yüksəlməkdədir”.

Agentliyin İdarə Heyətinin sədri 2024-cü ilin 11 ayı üzrə tibbi xidmətlərə edilən müraciətlərin 9% artaraq 22 milyonu keçdiyini bildirib. Xidmət sayı isə ötən il ilə müqayisədə 20% artaraq 76.8 milyona çatıb. Z.Əliyev bildirib ki, bu rəqəmlər əhalinin icbari tibbi sığorta sisteminə inamının artdığını və tibbi xidmətlərə əlçatanlığın əhəmiyyətli dərəcədə yüksəldiyini göstərir. O, əlavə edib ki, ümumilikdə əhalinin 52%-i icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edib. Bu hər iki şəxsdən birinin icbari tibbi sığortanın təmin etdiyi imkanlardan yararlandığını göstərir.

Z.Əliyev qeyd edib ki, Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 179-a çatıb. Həmçinin, özəl tibb müəssisələrində əməliyyat və prosedur sayı 30% artaraq 167 mini ötüb. O, vurğulayıb ki, özəl tibb müəssisələri də vətəndaşların icbari tibbi sığorta hesabına tibbi xidmətlərdən yararlanmasında mühüm rol oynayır.

Müraciətlərin əsas hissəsini qan dövranı, endokrin və tənəffüs sistemi xəstəlikləri təşkil edib. Ən çox müraciətlər Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Abşeron inzibati ərazi üzrə qeydə alınıb.

Dərman vasitələrinin təminatı ilə bağlı yeni təşəbbüslərdən danışan Z.Əliyev qeyd edib ki, ilk mərhələdə ürək-damar xəstəlikləri, daha sonra həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman təminatı mərhələli şəkildə həyata keçiriləcək. Ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin təminatına 2025-ci ilin 6 ayı üzrə 40 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.

Sosial rifahın yaxşılaşdırılması ilə bağlı görülən işlərdən danışan Z.Əliyev tibb heyətinin gəlirlərinin icbari tibbi sığortadan əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə artdığını vurğulayıb. Xüsusilə, 2024-cü il üçün sabit əməkhaqqı və bonuslar daxil olmaqla travmatoloqların maaşı 3600 manata, ümumi cərrahların və mama-ginekoloqların maaşı isə 3300 manata yüksəlib.

Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqinə dair əhalinin məmnunluq və məlumatlılıq səviyyəsinin ölçülməsi barədə keçirilən sosioloji sorğuların nəticələrinə toxunan İdarə Heyətinin sədri bildirib ki, sorğu nəticələri əhalinin 100%-ə yaxınının icbari tibbi sığorta haqqında, 47%-inin isə Xidmətlər Zərfi haqqında məlumata sahib olduğunu göstərir. Ən çox məmnunluq ixtisaslaşmış ambulator və laboratoriya xidmətləri üzrə qeydə alınıb. Ümumilikdə, sığorta çərçivəsində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 59%-dir.

Sədr əlavə edib ki, 2020-ci ildən bu yana icbari tibbi sığortanın maliyyə dayanıqlığını təmin etmək məqsədilə həyata keçirilən investisiyalar nəticəsində 135.5 milyon manatdan çox gəlir əldə edilib. 2024-cü il üçün isə bu rəqəm 74.2 milyon manat təşkil edir. O xüsusi vurğulayıb ki, investisiyalardan əldə olunan gəlir sığortaolunanlara daha keyfiyyətli xidmətlərin göstərilməsi məqsədilə istifadə olunur.

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri