Loading...

“Medinex” Tibb İnnovasiyaları Sərgisinin mətbuat konfransı keçirilib

27.10.2022, 17:43

3-5 noyabr 2022-ci il tarixində Bakı Ekspo Mərkəzində “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı ilə “Medinex” Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları və Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası “Beauty Azerbaijan” sərgiləri keçiriləcək.

“Medinex” - səhiyyə mütəxəssislərini bir araya gətirən biznes platformasıdır. Aparıcı yerli və xarici istehsalçılar və distribütorlar sərgidə tibb müəssisələrinin təkmilləşdirilməsinə və müalicənin effektivliyinin artırılmasına kömək etmək üçün öz yeni məhsul və xidmətlərini təqdim edəcəklər.

Sərgidə Azərbaycan, Türkiyə, Belarus, Danimarka, İsveçrə, İtaliya, Pakistan, Qazaxıstan, Rusiya Federasiyası, Sloveniya, Yaponiya, Əlcəzair və digər ölkələrdən 90-dan çox şirkət iştirak edəcək.  

Sərginin bu gün keçirilən mətbuat konfransında “Caspian Event Organisers” (CEO) şirkətinin layihə rəhbəri Fərrux Əhmədov bildirib ki, bu il “Medinex-2022” sərgisi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) fəal iştirakı və dəstəyi ilə keçirilir. “Zeytun Pharmaceuticals MMC” “Medinex-2022” sərgisinin Qızıl sponsorudur. Sərginin sponsorları sırasında “AzeriMed” və “Referans Klinik & Laboratoriya” da yer alır.

F.Əhmədov bildirib ki, sərgidə tibbi avadanlıq, tibbi məhsullar, tibbi turizm, tibbi təhsil, dərmanlar, vitaminlər və pəhriz əlavələri, innovativ laboratoriya avadanlıqları, optika, stomatologiya, tibdə informasiya texnologiyaları və s. təqdim olunacaq: ““Medinex” sərgisilə eyni anda gözəllik industriyası sərgisi "Beauty Azerbaijan" da keçiriləcək. Kosmetologiya və estetik tibb üçün məhsullar, parfümeriya, şəxsi gigiyena vasitələri, təbii kosmetika, saça və bədənə qulluq məhsulları, dekorativ kosmetika, professional kosmetika, salon avadanlığı və bərbər alətləri və s. kimi sektorlar sərginin ayrılmaz bir hissəsi olacaq”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, sərginin təşkili dövlət və özəl sektor arasında yeni tərəfdaşlıqların inkişafına, kommunikasiya münasibətlərinin güclənməsinə öz töhfəsini verəcək: “Sərginin təşkili Azərbaycan səhiyyəsinin inkişafına, tibb sahəsindəki müasir təcrübələrə əsaslanan innovativ yeniliklərin ölkəmizin istər özəl, istərsə də dövlət tibb müəssisələrində tətbiqinə xidmət etmiş olacaq. Nəticə etibarı ilə tibb müəssisələrinin maddi-texniki təminatı daha da yaxşılaşacaq, bu da öz növbəsində ölkədə icbari tibbi sığortanın uğurlu tətbiqinə, əhaliyə daha keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə və vətəndaş məmnunluğunun artmasına imkan yaradacaq. Bilirsiniz ki, icbari tibbi sığortanın əsas məqsədi əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılmasıdır. Bütövlükdə səhiyyə sisteminin idarə edilməsində, tibbi avadanlıq, dərman istehsalında yeni innovativ texnologiyaların tətbiqi bizim qarşımıza qoyulmuş vəzifənin – icbari tibbi sığortanın tətbiqinə böyük töhfə verib. Sərgi yeni əməkdaşlıq əlaqələrinin qurulması və gələcək inkişaf perspektivləri üçün əlverişli platformadır”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sərgidə xüsusi stendlə təmsil olunduğunu qeyd edən A.Əhmədova burada ziyarətçilərin icbari tibbi sığortaya aid məsələlər haqqında ətraflı məlumat əldə edə biləcəklərini bildirib.

“Medinex” sərgisi çərçivəsində tibbin müxtəlif sahələrindən mütəxəssislərin iştirak edəcəyi işgüzar tədbirlər barədə məlumat verən TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova bildirib ki, sərgi çərçivəsində tibb sahəsinin aktual mövzuları müzakirə olunacaq: “Laparoskopik cərrahiyyədə müasir texnologiyaların tətbiqi, ürək-damar xəstəliklərinə çoxtərəfli baxış, mikrobiologiyada aktual mövzular və yeni test modelləri, aktual uşaq və yeniyetmə problemlərinə psixiatrik yanaşma, hemofiliyalı xəstələr üçün stomatolji və fizioterapevtik kabinetlərin xüsusiyyətləri, nutrigenetika, tibbi təlimlərdə və tibb təhsilində 3D mulyajlar, onkoloji xəstəliklərin erkən diaqnostikası, innovativ ortez protezlər və onların reabilitasiyada tətbiqi, münaqişədən sonrakı dövrdə psixi sağlamlıq xidmətləri, xəstəliklərin müalicəsində kök hüceyrə və nanotexnologiya əsaslı metodların tətbiqi, vərəm və digər ağciyər xəstəliklərinin skrininqində süni intellektin tətbiqi və kök hüceyrə transplantasiyası kimi mövzuları ətrafında sahənin mütəxəsisləri təqdimatlarla çıxış edəcək, fikir mübadiləsi və müzakirələr aparacaqlar”.

Z.Ədilova həmçinin “Medinex” sərgisində “DocDeti” klinikasında həkim-psixiatr, “Psixiatr və psixoloqların elmi əsaslı təcrübə naminə assosiasiyası”nın təsisçisi Yelisey Osin psixiatrlar, nevroloqlar, o cümlədən valideynlər üçün "Autizmin diaqnostikası və terapiyası - texnologiyalar" mövzusunda çıxış edəcəyini, sərgidə ənənəvi olaraq, yerli və xarici sahibkarlarla  işgüzar görüşlərin keçiriləcəyini də qeyd edib: “TƏBİB sərgidə rəsmi tərəfdaş olmaqla bərabər pavilyonla da təmsil olunur. Pavilyonda tabeli tibb müəssisələrinin fəaliyyəti, göstərilən xidmətlərlə yanaşı, tibbin tarixini əks etdirən alət və cihazlar, eləcə də fotosərgi nümayiş olunacaq”.

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri