Loading...

İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb

16.07.2024, 11:10

Doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı, stasionar xidmət zamanı dərman, tibbi sərf və qidalanma, laborator və instrumental müayinə, diaqnostika və müalicə tədbirləri sığorta hesabına göstərilir. Klassik qeysəriyyə kəsiyi əməliyyatı tibbi göstəriş əsasında həyata keçirilir. Habelə, vaxtından əvvəl doğulmuş körpələrin küvəzdə saxlanılması da icbari tibbi sığorta ilə qarşılanır.

Doğuşdan sonrakı dövrdə zahı qadınların və yenidoğulmuşların müşahidəsinin aparılması, ana südü ilə qidalanmaya dair məsləhətlərin verilməsi də ödənişsiz göstərilir.

Məlumat üçün bildirək ki, hamiləliyin fizioloji gedişi zamanı hamilə qadının tibb müəssisəsinə 7 gəlişi tövsiyə olunur. Xidmətlər Zərfi ilə hamilə qadına arterial təzyiqin ölçülməsi, nəbzin sayılması, bədən kütləsi indeksinin, qanda şəkərin, qan qrupu, qanın klinik analizi (hemoqlobin), sidiyin ümumi analizi kimi tibbi xidmətlər göstərilir.

Həmçinin hepatit B və C, sifilis testləri, insan immunçatışmazlığı virusu (İİV), skrininq testi (rubella-məxmərək), uşaqlıq yolundan yaxmanın mikroskopik müayinəsi icbari tibbi sığorta təminatına daxildir.

Tibb müəssisəsində hamiləliyin 12-ci həftəsinə qədər fol turşusunun təyini, USM, doppler müayinəsi, dölün ürək döyüntülərinə qulaq asılması (kardiotokoqrafiya) və digər müayinələr də həyata keçirilir.

Hamilə qadın tibbi xidmətlərdən istifadə etmək üçün ilk növbədə yaşadığı ərazi üzrə qadın məsləhətxanasına, Ailə Sağlamlıq Mərkəzinə və ya digər ambulator tibb müəssisələrinə  yaxınlaşmalıdır.

Tibb müəssisəsi tərəfindən hamiləliyin 30-cu həftəsindən sonra mübadilə vərəqəsi verilir, hamilə doğuşun təşkili üzrə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki müvafiq ixtisaslı dövlət tibb müəssisəsinə və ya Səhiyyə Nazirliyi tabeli Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna yönləndirilir.

Qeyd edək ki, 2022-2024-cü illər ərzində (ilk 6 ay) icbari tibbi sığorta ilə 97 278 təbii doğuş, 85 614 klasik qeysəriyyə kəsiyi əməliyyatı icra olunub. Doğuşların 1054-ü çoxdöllü hamiləlik (əkiz, üçəm, dördəm və s.) təşkil edib. 

İcbari tibbi sığorta ilə təminata alınan bir sıra tibbi xidmətlər ana və uşaq sağlamlığının müdafiəsində mühüm yer tutur.

Son xəbərlər

Podaqranın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
03.02.2025
Ətraflı oxu
Ötən il ərzində Agentliyə 11 688 vətəndaş müraciəti daxil olub
31.01.2025
Ətraflı oxu
Xoşxassəli beyin şişlərinin müayinə və cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
30.01.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 2932 sayda varikosel əməliyyatı icra olunub
27.01.2025
Ətraflı oxu
Zaur Əliyev Bərdədə vətəndaşları qəbul edib
24.01.2025
Ətraflı oxu
ATU tələbələri üçün istehsalat təcrübəsi imkanları genişləndirilir
24.01.2025
Ətraflı oxu
Bərdə rayonunda ilkin tibbi-sanitariya yardımı ilə bağlı pilot layihəyə başlanılır
23.01.2025
Ətraflı oxu
Ötən il ərzində icbari tibbi sığorta ilə 84 milyondan çox tibbi xidmət göstərilib
22.01.2025
Ətraflı oxu
Tənəffüs sistemi xəstəliklərinin diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır
13.01.2025
Ətraflı oxu
Media nümayəndələri üçün “Tibbi savadlılıq” mövzusunda təlim keçirilib
28.12.2024
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri