Loading...

İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir

01.04.2024, 11:56

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınan “Reveos” avtomatlaşdırılmış qan emalı avadanlığı və “Spectra Optia” qan separatoru yüksək standartlara cavab verən qan komponentlərinin hazırlanmasını və pasiyentlərin keyfiyyətli qan komponentləri ilə təminatını həyata keçirəcək.

“Reveos” inkişaf etmiş ölkələrin ən qabaqcıl xəstəxanalarında bütöv qanın avtomatlaşdırılmış emalını təmin edən ən müasir tibbi avadanlıqdır. 20 dəqiqə davam edən müddətdə bütöv qandan 3 vahid qan komponenti - plazma, trombosit və eritrosit kütlələri kimi yüksək keyfiyyətli qan komponentləri tədarük olunur. Avadanlıq il ərzində 18000 vahid bütöv qandan qan komponentləri emal etmək gücünə malikdir.

Hazır qan komponentləri qan və sümük iliyi xəstəliklərindən əziyyət çəkən şəxslərə, uşaqlıqdan kənar hamiləlik, doğuşa qədər, doğuş zamanı və ya sonra qanaxma ağırlaşmaları olan qadınlara, cərrahi əməliyyatlar keçirən pasiyentlərə, qan itkisi ilə müşayiət olunan kritik hallarda - yol nəqliyyat hadisələri, istehsalat travmaları, yanıqlar zamanı zərərçəkmiş şəxslərə köçürülür.

“Spectra Optia” qan separatoru terapevtik aferez, plazmafarez, leykositlərin kənarlaşdırılması, eritrositlərin dəyişimi, sümük iliyi işlənməsi kimi bir sıra prosesləri həyata keçirir.

Bu prosedur sümük iliyi transplantasiyasında qandan kök hüceyrələrinin toplanması məqsədilə tətbiq olunur. Terapevtik aferezdən həmçinin sümük iliyi transplantasiyasından sonra meydana gələn ağırlaşmaların, maddələr mübadiləsinin pozğunluğu  və autoimmun xəstəliklər, leykoz, qaraciyər çatışmazlığında və bir sıra xəstəliklərin müalicəsində geniş  istifadə olunur. Avadanlığın idarə olunması üçün minimum vaxtın tələb olunması pasiyentə daha çox vaxt ayırmağa imkan verir.

Qeyd edək ki, Almaniya istehsalı olan 2 ədəd “Reveos” və aferez üçün 4 ədəd “Spectra Optia” avadanlığı “Yeni Klinika”da quraşdırılıb.

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri