Loading...

İcbari tibbi sığorta bud-çanaq oynağının süni protezlə dəyişdirilməsi əməliyyatını qarşılayır

20.08.2024, 10:22

Bud-çanaq oynağı insan bədəninin ən böyük oynağıdır. Onsuz yerimək, oturub-durmaq, qaçmaq, bədəni vertikal vəziyyətdə saxlamaq kimi hamıya tanış olan hərəkətləri təsəvvür etmək mümkün deyil. Bu oynağın zədələnməsi, eləcə də, degenerativ və iltihabı xəstəliklər nəticəsində oynaqda baş verən dəyişikliklər ciddi ağrılara və hərəkət məhdudiyyətlərinə səbəb ola bilər. Konservativ müalicə metodları ilə aradan qaldırıla bilinməyən hallarda, pasiyentin əvvəlki aktivlik və həyat tərzini geri qaytara biləcək yeganə yol bud-çanaq oynağının tam və ya hissəvi olaraq süni protezlə dəyişdirilməsi əməliyyatıdır.

2024-cü ilin ilk 6 ayında icbari tibbi sığorta çərçivəsində ümumilikdə 1434 bud-çanaq oynağının dəyişdirilməsi əməliyyatı uğurla icra olunub. Bu əməliyyatların 1146-sı bud-çanaq oynağının total dəyişdirilməsi (həm bud sümüyü başının, həm də asetabulumun protezlə əvəz edilməsi), 288-i isə bud-çanaq oynağının hissəvi dəyişdirilməsi (bipolyar endoprotez) üzrə həyata keçirilib.

Bud-çanaq oynağının dəyişdirilməsi əməliyyatından əvvəl xəstənin sağlamlıq vəziyyətini düzgün qiymətləndirmək məqsədilə tibbi göstəriş əsasında ixtisaslı həkim tərəfindən təyin edilmiş bir sıra müayinələr - oynağın bir neçə proyeksiyada rentgenoqrafiyası, KT, MRT və s. həyata keçirilir. İcrası zəruri olan funksional diaqnostik və laborator müayinələr icbari tibbi sığorta təminatına daxildir.

Sözügedən əməliyyat zamanı icra edilən instrumental və laborator müayinələr, reanimasiya və stasionarda yatış, bu zaman istifadə olunan dərman və tibbi sərf, xüsusi tibbi sərfiyyat (endoprotez), yatış müddətində həyata keçirilən manipulyasiyalar, qan və ya qan komponentləri, o cümlədən fizioterapiya xidmətləri icbari tibb sığorta tərəfindən qarşılanır.

İcbari tibbi sığorta ilə təmin edilən endoprotez yüksək keyfiyyəti ilə seçilən İsveçrənin “Medacta” şirkətinin istehsalıdır.

Qeyd edək ki, bud-çanaq oynağının dəyişdirilməsi əməliyyatı icbari tibbi sığorta ilə həkim göstərişi əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında, həmçinin göndəriş əsasında özəl tibb müəssisələrində həyata keçirilir.

 

Son xəbərlər

Kistoz-fibroz xəstəliyinin diaqnostikası icbari tibbi sığorta hesabına aparılır
12.03.2025
Ətraflı oxu
Gözyaşı axarının bərpası məqsədi ilə 234 oftalmoloji əməliyyat icra olunub
10.03.2025
Ətraflı oxu
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Açıq qapı" günü keçirib
06.03.2025
Ətraflı oxu
İcbari tibbi sığorta sahəsində Anlaşma Memorandumu imzalanıb
03.03.2025
Ətraflı oxu
Anadangəlmə baş-beyin qüsurlarının açıq üsulla əməliyyatı icbari tibbi sığorta ilə icra olunur
03.03.2025
Ətraflı oxu
Bağırsaq xərçəngi riskini artıran kron xəstəliyinin müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
28.02.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə icra olunan əməliyyatlardan sonra 126 nəfər ilk dəfə səs eşidib
25.02.2025
Ətraflı oxu
Zaur Əliyev Qusarda vətəndaşları qəbul edib
21.02.2025
Ətraflı oxu
Ana və uşaq üçün həyati təhlükə yaradan hamiləlik ağırlaşması icbari tibbi sığorta təminatındadır
18.02.2025
Ətraflı oxu
Qadın sonsuzluğunun diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına aparılır
13.02.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri