Loading...

Zaur Əliyev Bərdədə vətəndaşları qəbul edib

24.01.2025, 17:15

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev yanvarın 24-də Bərdə Rayon Mərkəzi Xəstəxanasında Bərdə və Tərtər rayon sakinlərini qəbul edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanovun, Agentliyin Mingəçevir filialının rəhbərinin, Bərdə və Tərtər Rayon mərkəzi xəstəxanalarının direktorlarının iştirakı ilə keçirilən qəbulda 30 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşların müraciətləri əsasən  icbari tibbi sığorta hesabına müayinə-müalicə, tibbi göndərişlərin verilməsi, dərman təminatı, əlillik məsələləri, iş və əmək münasibətləri ilə bağlı olub. Müraciətlərdə qaldırılmış bir sıra məsələlər yerində həll edilib, digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2025-ci ilin yanvar ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq keçirilib. Vətəndaşların səyyar şəkildə qəbul edilməsi bölgələrdə müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

Son xəbərlər

Xoşxassəli beyin şişlərinin müayinə və cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
30.01.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 2932 sayda varikosel əməliyyatı icra olunub
27.01.2025
Ətraflı oxu
ATU tələbələri üçün istehsalat təcrübəsi imkanları genişləndirilir
24.01.2025
Ətraflı oxu
Bərdə rayonunda ilkin tibbi-sanitariya yardımı ilə bağlı pilot layihəyə başlanılır
23.01.2025
Ətraflı oxu
Ötən il ərzində icbari tibbi sığorta ilə 84 milyondan çox tibbi xidmət göstərilib
22.01.2025
Ətraflı oxu
Tənəffüs sistemi xəstəliklərinin diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır
13.01.2025
Ətraflı oxu
Media nümayəndələri üçün “Tibbi savadlılıq” mövzusunda təlim keçirilib
28.12.2024
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 2000-ə yaxın burun çəpəri əməliyyatı icra olunub
23.12.2024
Ətraflı oxu
Zaur Əliyev Masallı rayonunda vətəndaşları qəbul edib
20.12.2024
Ətraflı oxu
Agentliyin “1542” Çağrı mərkəzində yeni xidmət istifadəyə verilib
19.12.2024
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri