İcbari tibbi sığortadan necə istifadə etmək olar?
Hörmətli vətəndaş!
Bütün ölkə vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər. Tibbi xidmətə ehtiyacınız yarandığı təqdirdə TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etməyiniz kifayətdir.
Tibb müəssisəsində ixtisaslı həkimlər tərəfindən lazım olan tibbi xidmət göstərilir. Tibbi zərurət olduqda təminata alınan bütün laborator, diaqnostik müayinələr, fizioterapiya, ambulator və stasionar (xəstəxanada yatış) tibbi xidmət ödənişsiz həyata keçirilir.
Özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə
Dövlət tibb müəssisəsində lazım olan tibbi xidməti göstərmək mümkün olmadıqda Sizə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisəsinə göndəriş verilir.
Göndəriş vərəqəsi əsasında özəl tibb müəssisəsində Siz Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlana bilərsiniz. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa özəl tibb müəssisəsinə müraciət etsəniz, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaitiniz hesabına ödəməlisiniz.
Təcili və təxirəsalınmaz hallarda icbari tibbi sığortadan istifadə
Təcili və təxirəsalınmaz tibbi yardım üçün göndəriş vərəqəsi olmadan birbaşa olaraq özəl tibb müəssisəsinə müraciət edə bilərsiniz. Burada Sizə göstərilən tibbi xidmət icbari tibbi sığortaya daxildirsə Agentlik tibbi xidmətin dəyərini qarşılayır.Xidmətlər Zərfi nədir?
Vətəndaşlara tibbi xidmət Xidmətlər Zərfi çərçivəsində göstərilir. Xidmətlər Zərfi icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusu adlanır.
Sizə lazım olan tibbi xidmətin Xidmətlər Zərfində mövcudluğunu aşağıdakı elektron axtarış sistemi vasitəsi ilə müəyyənləşdirə bilərsiniz.
Sıra № | Tibbi xidmətin növü | Tibbi xidmətin adı | Qeyd | Qiyməti |
---|