30 dövlət qurumunun ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı Türkiyə Respublikasına səfər edib
18 Oktyabr 2023 11:03Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən 30 dövlət qurumunun ictimaiyyətlə əlaqələr sahəsinə məsul əməkdaşlarından ibarət nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri təşkil edilib. Azərbaycan Respublikasında dövlət kommunikasiyasının təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsi məqsədilə baş tutan səfərə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova da qatılıb.
Nümayəndə heyəti Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi, Milli Müdafiə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Anadolu Agentliyi, Türk Dövlətləri Təşkilatı, TRT World, Radio və Televiziya Ali Şurası (RTÜK) və digər qurumlarda görüşlər keçirib. Görüşlər çərçivəsində Azərbaycan və Türkiyə arasında informasiya və dövlət kommunikasiyası sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə olunub.