Agentlikdə İstanbul Dövlət-Özəl Sektor Tərəfdaşlığı Kamillik Mərkəzi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri ilə görüş keçirilib
07 İyul 2021 11:45İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində (Agentlik) İstanbul Dövlət-Özəl Sektor Tərəfdaşlığı (DÖST) Kamillik Mərkəzinin rəhbəri Eyup Aydın Vural və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Mehman Abbas ilə görüş keçirilib.
Görüşdə tərəflər arasında səhiyyə sektorunda dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin həyata keçirilməsi imkanları müzakirə edilib və müvafiq sahədə Türkiyə təcrübəsi haqqında fikir mübadiləsi aparılıb.
Görüşdə Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi iddialar departamentin rəhbəri Vüqar Qurbanov, Strateji təhlil departamentin rəhbəri Araz Nəsirov, M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Azər İsmayılov və Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Ruslan Abdullayev iştirak ediblər.