İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Agentlikdə vətəndaşları qəbul edib
04 Dekabr 2019 13:57Dekabrın 4 -də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Agentlikdə vətəndaşları qəbul edib.
Vətəndaşlar diqqətlə dinlənilib,müraciətlərlə bağlı agentliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.Bəzi məsələlər yerindəcə həllini tapıb.Bir sıra müraciətlərlə bağlı vətəndaşlara ətraflı izahatlar verilib.