"Əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsində tibb müəssisələrinin rolu” adlı onlayn təlim keçib
28 Aprel 2022 17:19İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrinin ictimaiyyətlə əlaqələr üzrə çalışan məsul şəxslərinə və müvafiq şöbələrinin əməkdaşlarına "Əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsində tibb müəssisələrinin rolu” adlı onlayn təlim keçib. Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova iştirakçıları salamlayıb. Departamentin şöbə müdiri İlhamə Musayeva maarifləndirmə tədbirləri haqqında əməkdaşlara məlumat verib və sualları cavablandırıb.