"Həkim Uniformasının Boyanması" adlı tədbir keçirilib
28 Sentyabr 2022 15:31Vətən müharibəsinin ildönümü münasibətilə Liv Bona Dea Hospitalda vətən müharibəsi iştirakçıları, şəhid ailələri və onların övladları üçün "Həkim Uniformasının Boyanması" adlı tədbir keçirilib. Tədbir çərçivəsində 100 uşağa ödənişsiz müayinə paketi hədiyyə edilib.
Türkiyə və Azərbaycandan iş adamları, millət vəkilləri, müxtəlif dövlətlərin Azərbaycandakı səfirliklərinin təmsilçiləri və ictimaiyyət nümayəndələrin iştirak etdiyi tədbirə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova da qatılıb.
Tədbir iştirakçılarını salamlayan N.Bayramova, "Gələcəyimiz olan uşaqların sağlam cəmiyyətdə böyüməsi çox vacibdir", - deyib və bildirib ki, bu il ərzində uşaqlara dövlət tibb müəssisələrində 6 milyondan çox tibbi xidmət göstərilib.