Zaur Əliyev ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan Missiyasının direktoru ilə görüşüb
03 Oktyabr 2022 16:38İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan Missiyasının yeni təyin olunan direktoru Maykl Nerbass ilə görüşüb. Tanışlıq xarakteri daşıyan görüşdə əməkdaşlıq perspektivləri müzakirə olunub.