İcbari tibbi sığorta mövzusunda təlimlər davam edir
29 Aprel 2022 10:00Müdafiə Sənayesi Nazirliyi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarına "İcbari tibbi sığorta" mövzusunda təlim keçirilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin əməkdaşı Elvin Abbasov təqdimatla çıxış edib və iştirakçıların suallarını cavablandırıb.