Dövlət satınalmalarında iştirak edən tərəflərin maarifləndirilməsi məqsədilə seminar keçirilib
05 İyul 2022 10:12Dövlət satınalmalarında iştirak edən tərəflərin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti növbəti seminar keçirib. Təlimdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrinin əməkdaşları iştirak ediblər.