Zaur Əliyev vətəndaşları qəbul edib
13 Sentyabr 2022 14:48İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qəbul qrafikinə uyğun olaraq vətəndaşları qəbul edib. Vətəndaşların müraciətləri əsasən müayinə-müalicə, dərman təminatı, iş və əmək münasibətləri ilə bağlı olub. Onların müraciətləri diqqətlə dinlənilib və araşdırılaraq qanunvericiliyə uyğun baxılması məqsədilə Agentliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.