“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üçün Potensialın Gücləndirilməsi Proqramı” başa çatıb
13 İyul 2022 11:05İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu İxtisasartırma Proqramlarının tərəfdaşlığı çərçivəsində icra edilən “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üçün Potensialın Gücləndirilməsi Proqramı” yekunlaşıb. İxtisasartırma Proqramları tərəfindən təşkil olunan təlim kursu cari ilin aprel ayında başlayıb. Təxminən 3 ay davam edən kursda Agentlik və TƏBİB-in 70 əməkdaşı iştirak edib.