logo 1542 cagri merkezi
  • AZ
  • EN
  • RU
Menyu
  • Agentlik

    Tibbi Ərazi Bölmələri Ümumi məlumat Struktur Filiallar İdarə Heyəti Hesabatlar Apellyasiya Şurası TƏBİB
  • Koronavirus

    Ölkədə ümumi vəziyyət Sənədlər Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
  • Media

    Statistika Xəbərlər Mətbuat Maarifləndirmə Məqalələr Video qalereya Foto qalereya Media ilə əlaqə
  • Vətəndaşlar üçün

    Qəbul günləri Elektron müraciət Vətəndaşların müraciətlərinə dair qanunvericilik Vakansiyalar Ən çox verilən suallar Elanlar Ünvan E-xidmətlər Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələri
  • Qanunvericilik

    Azərbaycan Respublikasının Qanunları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikası Prezidentinin Sərəncamları və Fərmanları Agentliyin normativ sənədləri Xidmətlər Zərfi
  • Statistika
  • Xəbərlər
  • Mətbuat
  • Maarifləndirmə
  • Məqalələr
  • Video qalereya
  • Foto qalereya
  • Media ilə əlaqə

"Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü"nün yekun nəticələri təqdim edilib

21 İyun 2022 10:08

Avropa İttifaqının və Ümumdünya Səhiyyə Təşkilatının birgə layihəsi olan "Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü"nün yekun nəticələri təqdim edilib. Layihə rəhbəri Tural Qulu layihənin həyata keçirildiyi dövr ərzində əldə edilmiş nailiyyətlərdən bəhs edən təqdimatla çıxış edib.

Tədbirdə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və digər milli tərəfdaşlara dəstək olaraq ölkədə COVID-19 pandemiyasına hazırlıq və cavab tədbirləri istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb.

Tədbirdə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova, "Layihə çərçivəsində TƏBİB-in nəzdindəki dövlət tibb müəssisələrinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisləri üçün keçirilən təlim çox səmərəli oldu. COVID-19 pandemiyası kontekstində səhiyyədə fövqəladə hallar zamanı risk kommunikasiyası, dezinformasiyanın fəsadları və onların aradan qaldırılması mövzularında tədris edilən təlim sessiyaları ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyətə yeni başlamış mütəxəssislərin, habelə təcrübəli mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına xidmət edirdi", - deyə bildirib.

TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Firəngiz Əliyeva, "Səhiyyə işçilərinin bacarıqlarının artırılması istiqamətində ÜST-nin dəstəyi ilə səhiyyə işçilərinin COVID-19-a nəzarət, İPN və COVID-19 hallarının idarə edilməsi üzrə təlimçi kimi hazırlanması, COVID-19 hallarının, o cümlədən uşaqlar, hamilə qadınlar və şəkərli diabet xəstələrində və trombotik ağırlaşmalar müşahidə olunan hallarda COVID-19-un klinik idarəedilməsinə dair keçirilən təlimlər olduqca faydalı oldu", - deyib.

"Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü" gələcəkdə baş verə biləcək pandemiyalara qarşı dayanıqlı cavab potensialının formalaşdırılmasına yardım göstərilməsini hədəfləyir.

Prezident.az
Heyder Eliyev
Heyder Eliyev Fondu
Virtual Qarabag
www.azerbaijan.az
dxr
Virtual Diabet Məktəbi

Agentlik

  • Tibbi Ərazi Bölmələri
  • Ümumi məlumat
  • Struktur
  • Filiallar
  • İdarə Heyəti
  • Hesabatlar
  • Apellyasiya Şurası
  • TƏBİB

Faydalı

  • Şəxsi kabinet
  • Xəbərlər
  • Vətəndaşlar üçün
  • Qanunvericilik
  • E-xidmətlər
  • Vakansiyalar
  • Koronavirus
  • Saytın Xəritəsi

Əlaqə

  • 1542
  • info@its.gov.az
  • Lev Tolstoy küç.170
  • Bakı, AZ1095


  • İş qrafiki:
  • Bazar ertəsi - Cümə
    9:00 - 18:00
  • Qeyri-iş günləri:
  • Şənbə / Bazar