İT sahəsi üzrə könüllü proqramına müraciət edən namizədlərin test imtahanlarına başlanılıb
29 Aprel 2022 21:00İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elan etdiyi İT sahəsi üzrə könüllü proqramına müraciət edən namizədlərin test imtahanlarına başlanılıb. 504 namizədin qatıldığı test imtahanı mərhələsinin ilk günündə 168 namizəd iştirak edib. Bu mərhələdə uğur qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Yekunda seçilən namizədlər Agentliyin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsində könüllü proqramına cəlb ediləcəklər.