İT sahəsi üzrə könüllü proqramı başa çatıb
19 Sentyabr 2022 17:23İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elan etdiyi İT sahəsi üzrə könüllü proqramına yekun vurulub. Üç ay davam edən proqramda test və müsahibə mərhələsini uğurla keçən 24 könüllü iştirak edib. Tələbələr və gənc məzunların bilik və bacarıqlarının artırılması, gələcək fəaliyyətlərinə təkan verilməsi məqsədi ilə keçirilən proqramın yekun tədbirində iştirakçılar sertifikatlarla təltif olunublar.
Proqramın 12 iştirakçısının Agentliyin İT və innovasiyalar idarəsində işə qəbul edilməsi nəzərdə tutulub.