“Qazilərin Gücləndirilməsi Layihəsi”sinin ikinci mərhələsinə başlanılıb
11 May 2022 17:00Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Sosial Xidmətlər Agentliyi, Türkiyə Respublikasının İctimai İnkişaf Mərkəzinin Təhsil və Sosial Həmrəylik Dərnəyi (Togem-Der), Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Ankara Universiteti və Ankara Ticarət Palatasının təşəbbüsü və təşkilatçılığı ilə “Qazilərin Gücləndirilməsi Layihəsi”sinin ikinci mərhələsinə başlanılıb.
Tədbirin ilk günündə çıxış edən Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli iştirakçıları salamlayıb və Türkiyə Respublikasına Vətən müharibəsindən sonra qazilərlə iş sahəsində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Ankara Universitetinin Sağlamlıq Elmləri Fakültəsinin dekanı prof. Əminə Özmete layihənin əhəmiyyətindən danışıb.
Layihə çərçivəsində ölkəmizdə şəhid və qazi ailələrinə sahə xidməti göstərən 70-dən çox psixoloq, psixiatr və sosial xidmət verən işçilərə təlimlər keçirilir.