Zaur Əliyev Litva Respublikasının səhiyyə nazirinin müavini ilə görüşüb
20 Sentyabr 2022 16:42İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycanda işgüzar səfərdə olan Litva Respublikasının səhiyyə nazirinin müavini Auşra Bilotiene Moteyuniene ilə görüşüb. Görüşdə Litva Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Egidiyus Navikas, Litva Respublikasının Milli Səhiyyə Sığorta Fondunun baş icraçı direktoru Gintaras Katsaviçus və Rezident Tvinninq Müşaviri Gediminas Çernyauskas iştirak ediblər.
Agentlikdə keçirilən görüşdə Azərbaycanda səhiyyə sisteminin inkişaf etdirilməsi yolları müzakirə olunub və hər iki ölkənin icbari tibbi sığorta sistemi haqqında fikir mübadiləsi aparılıb.