Qeyri-hökümət təşkilatlarının nümayəndələri üçün "İcbari tibbi sığorta" mövzusunda maarifləndirmə təlimi keçirilib
21 Aprel 2022 20:00İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə qeyri-hökümət təşkilatlarının nümayəndələri üçün "İcbari tibbi sığorta" mövzusunda maarifləndirmə təlimi keçirilib. 20 qeyri-hökumət təşkilatı nümayəndəsinin qatıldığı təlimdə Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova təqdimatla çıxış edib və iştirakçıların suallarını cavablandırıb.