Azərbaycan Vyanada keçirilən “EHA2022” Hibrid Hematoloji Konqresində təmsil olunub
11 İyun 2022 00:35Avropa Hematoloqları Assosiasiyasının (EHA) təşkilatçılığı ilə Avstriyanın Vyana şəhərində EHA2022 Hibrid Hematoloji Kongresi keçirilir. Azərbaycanı tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Hikmət İbrahimli, Agentliyin koordinatoru Mehparə Kazımova, Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri Elmira Qədimova təmsil edirlər. Konqresdə irsi qanaxma xəstəlikləri və trombozlarda ən yeni müalicə metodları, hemoqlobinopatiyalar və leykemiyaya müasir yanaşma, gen terapiyası, hemopoetik kök hüceyrə köçürülməsi və s. aktual mövzular müzakirə olunur.