Agentliyin əməkdaşları İngiltərədə beynəlxalq konqresdə iştirak edirlər
10 Fevral 2023 14:40İngiltərənin Mançester şəhərində EAHAD-2023 - Avropa Hemofiliya və Digər Qan Xəstəlikləri Assosiasiyasının 16-cı Beynəlxalq Kongresi keçirilir. Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli, Regional mərkəzlərlə iş şöbəsinin koordinatoru, hematoloq Mehparə Kazımova, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Hematologiya kafedrasının müdiri, Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova "Azərbaycanda hemofiliyalı xəstələrin ağırlıq dərəcəsindən asılı olaraq yayılması" adlı poster-prezentasiya ilə ölkəmizi təmsil edirlər.
Kongresdə hemofiliya və digər irsi qan xəstəliklərinin ən son müalicə metodları, gen mühəndisliyi geniş müzakirə olunur, yeni dərman preparatları haqda mühazirələr dinlənilir.